07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Liviya Sudanla sərhədi bağlayıb

25.04.2023

Liviya Silahlı Qüvvələri Sudanla sərhədi bağlayıb və ölkənin cənub-şərqindəki Kufrə şəhərinə əlavə qüvvələr göndərib.

"DM" xəbər verir ki, bu barədə "Al-Marsad” informasiya portalı Liviya Silahlı Qüvvələrinin Ali Komandanlığındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Liviya ordusu Sudanda ordu ilə xüsusi təyinatlılar arasında davam edən qarşıdurmalara görə bu gün qonşu ölkə ilə sərhədini bağlayıb.

Qeyd edək ki, ölkələr arasında dövlət sərhədinin uzunluğu 382 kilometrdir. Liviyanın bu bölgədəki ərazisindən qaçaqmalçılıq və insan alveri ilə məşğul olan silahlı qruplar və cinayətkar dəstələr istifadə edir.

Hazırda sərhəd keçid məntəqəsi Liviya ordusunun nəzarəti altındadır.