07 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nazir: Dayanıqlı inkişafımızı təmin edən sahə məhz qeyri-neft sektoru olacaq

25.04.2023

Növbəti illərdə bizim əsas hədəfimiz qeyri-neft sektorunun inkişafı ilə bağlıdır.

"DM" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov onlayn qatıldığı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycanın əsas neft yataqları artıq hasilatın azalması mərhələsindədir.

"Doğrudur, qaz yataqlarında hasilat getdikcə növbəti illərdə də artacaq. Lakin bizim dayanıqlı inkişafımızı təmin edən məhz qeyri-neft sektoru olacaq və sahibkarlarımız, o cümlədən, mikro, kiçik və orta biznes ölkə rəhbərliyinin davamlı qayğısı və yeni stimullarla daha yüksək nailiyyətlər əldə edəcək. Hesab edirəm ki, növbəti illərdə bizim əsas hədəfimiz qeyri-neft sektorunda istehsal olunan məhsulun ixracı ilə bağlı olmalıdır. Çünki, ixrac edilə bilən məhsul əgər regional və qlobal bazarlarda rəqabətlidirsə, deməli bu məhsul asanlıqla öz yerini Azərbaycan bazarında da tapacaq. Məhz bu istiqamətdə iqtisadi siyasət tədbirləri və dəstək tədbirləri davam etdiriləcək”- deyə, nazir əlavə edib.