09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

ÜST: Avropada qızılcaya yoluxma kəskin artıb

25.04.2023

Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir.

"DM" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Nümayəndəliyinin məlumatında bildirilib.

Qeyd edilib ki, 2021-ci ildə 159 qızılcaya yoluxma halı qeydə alındığı halda, 2022-ci ildə bu say 904-ə çatıb:

"ÜST qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqların immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırır.

Qızılca və məxmərək kimi ciddi xəstəliklərin qarşısının alınmasında vaxtında edilmiş peyvəndlər çox əhəmiyyətlidir. Ancaq bəzi hallarda həkimlərin müayinəsi ilə 15 yaşa qədər uşaqların qızılcaya qarşı peyvənd olunması mümkündür.

Maarifləndirici materiallar Avropa İttifaqının maliyyələşdirdiyi "Vaksinasiyaya Dəstək” layihəsi çərçivəsində hazırlanıb”.