27 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pakistanda partlayışda ölənlərin sayı artıb - YENİLƏNİB

25.04.2023

Pakistanda polis məntəqəsində partlayışda ölənlərin dayı 16-ya çatıb.

"DM"xəbər verir ki, "Radio Pakistan” dövlət radiostansiyası partlayışda daha 60 nəfərin yaralandığı barədə məlumat yayıb.

Partlayış nəticəsində polis məntəqəsinin binası tamamilə dağılıb.

***

Pakistanın Svat bölgəsində polis məntəqəsini hədəf alan bombalı hücumda 8 polis əməkdaşının öldüyü, 57 nəfərin yaralandığı bildirilib.

"DM" xəbər verir ki, Pakistan mətbuatında yer alan xəbərlərə görə, ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Svat bölgəsində həyata keçirilən hücumda Pakistan Terrorla Mübarizə Bölməsi (CTD) hədəf alınıb.

Bombalı hücumda iki partlayışın olduğu və polis idarəsinin binasının tamamilə dağıldığı qeyd edilib. İlkin məlumata görə, hücumda 8 polis əməkdaşı həyatını itirib, 57 nəfər isə yaralanıb.

Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilir.

Yerli mətbuata açıqlama verən polis rəsmisi hadisənin kamikadze tərəfindən törədildiyini bildirib.