25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Nazir: “Heyvanlarda xəstəliklərin erkən aşkarlanması vacib məsələlərdən biridir”

25.04.2023

"Biz öz potensialımızı artırmalıyıq. Heyvanlarda xəstəliklərin erkən aşkarlanması, müasir laboratoriyaların qurulması və baytarların təkmilləşdirilməsi vacib məsələlərdən biridir”.

"DM" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə keçirilən tədbir zamanı deyib.

O bildirib ki, müasir texnologiyalardan istifadə və daha yaxşı praktikanın ortaya qoyulması bizim beynəlxalq təşkilatlarla əməkdaşlığımızın səviyyəsini artıracaq:

"Bu əməkdaşlıq əsasında biz beynəlxalq ekspertlərin praktikasından istifadə edəcəyik. Bu problemlərin həlli nəinki kənd təsərrüfatı sahəsində, eləcə də insanların sağlamlığının qeydinə qalınmasında mühüm rol oynayacaq”.