XİN: Azərbaycan Laçın-Xankəndi yolunda təhlükəsizliyə zəmanət verir  
    
                          
     
                         24.04.2023
 
    
                        Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək.
"DM" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə fransalı həmkarının bəyanatını şərh edərkən deyib.