30 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

24.04.2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulandı.

Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri xatırlandı, səfər zamanı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olundu.

Dövlətimizin başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə etdilər.