30 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Astarada Heydər Əliyevin 100 illiyi ilə bağlı Beynəlxalq Tibbi Treyninq günləri keçirilir

23.04.2023

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Astara rayonunda VI Azərbaycan-Alman-Türk Tibb Konqresi və VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri keçirilir.

Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən tədbirdə dövlət rəsmiləri ilə yanaşı, tibb sahəsində çalışan mütəxəssislər də iştirak edir.

Konqres iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Astara rayonunda ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, əbədiyaşar lider Heydər Əliyevə həsr edilən sənədli film nümayiş olunub.

Əvvəlcə səhiyyə naziri Teymur Musayevin konqres iştirakçılarına ünvanlandığı videomüraciət dinlənilib. Bildirilib ki, müstəqil Azərbaycanın memarı, çağdaş Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətləri olan görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi Dünya Azərbaycanlıları ilə yanaşı, ölkəmizin səhiyyə ictimaiyyəti tərəfindən də böyük rəğbətlə qarşılanıb: "2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə bağlı ölkəmizin siyasi, sosial-iqtisadi, mədəni həyatının bütün sahələrində Ulu Öndərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Sevindirici haldır ki, səhiyyə sahəsində belə tədbirlərdən biri də beynəlxalq səviyyəli Azərbaycan-Alman --Türk Tibb Konqresi və Bakı Beynəlxalq Tibbi Təlim Günləridir. Bugünkü tədbir tibb işçiləri arasında təcrübə mübadiləsi, həmkar münasibətlərinin dərinləşməsi, eləcə də Azərbaycanın regionlarının iqtisadi potensialının təşviqi, tarixi-mədəni zənginliyinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Alman -Türk Tibb Konqresi və Bakı Beynəlxalq Tibbi Təlim Günlərini açıq elan edir, beynəlxalq tədbirin işinə uğurlar arzulayıram".
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ulu Öndər Heydər Əliyevin bölgələrdə səhiyyə sahəsinin inkişafı istiqamətində əvəzsiz işlər gördüyünü xatırladıb.

Öz çıxışlarında TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və digərləri ulu öndər Heydər Əliyevin ölkənin səhiyyə sferasını əhatə edən köklü islahatların həyata keçirilməsində rolu və müstəsna xidmətlərinin tibb işçiləri tərəfindən böyük minnətdarlıqla anıldığını söyləyiblər.

Tədbirin gedişatındakı ilk plenar iclasda Almaniya, Türkiyə və s. ölkələrdən gələn aparıcı mütəxəssislər tərəfindən tibbin ən aktual problemlərinə həsr edilən 6 məruzə dinlənilib və maraqlı diskusiyalar təşkil edilib.

Qeyd edək ki, konqres işini sabah Astara, Lerik və Masallı rayon mərkəzi xəstəxanalarında treyninq və ustad dərsləri ilə davam etdirəcək. Treyninq və ustad dərsləri çərçivəsində 12 ixtisas üzrə təlimlər keçiriləcək və regionda ilk dəfə icra olunacaq endoskopik əməliyyat plenar iclas zalına birbaşa translyasiya olunacaq və interaktiv müzakirə ediləcək.

Tədbirin digər hissəsi aprelin 24-25-də Bakıda keçiriləcək.