BMT rəsmisi Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edib   
    
                         
     
                         21.04.2023
 
    
                        BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva xalqımızı Ramazan bayramı münasibəti ilə təbrik edib.
Bu barədə o, "Twitter” hesabında paylaşım edib.
"BMT nümayəndəliyi adından Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Qoy bu gün sizə sülh, xoşbəxtlik və firavanlıq gətirsin. Ramazan bayramınız mübarək!” - Vladanka Andreyeva qeyd edib.