29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-ın müharibələrə nə qədər pul xərclədiyi AÇIQLANDI

15.11.2018

ABŞ 2001-ci ildən etibarən hərbi sahəyə 5,9 trilyon dollar xərcləyib.
"Dövran Media" xəbərinə görə, bu barədə Braun Universitetinin professoru Neta Kraufordun araşdırmasında bildirilir.
Alim apardığı tədqiqatda təkcə Pentaqonun deyil, həmçinin ABŞ Dövlət Departamentinin xərcləri, eləcə də, müharibə veteranlarına xərclənən vəsait, müharibəyə görə borcun faizləri və terrorla mübarizəyə xərclənən pulları hesablayıb.
Krauford qeyd edir ki, ABŞ 2023-cü ilə qədər müharibələrdə iştirakını dayandırsa, həmin zaman ölkə artıq 6,7 trilyon dollar xərcləyəcək. 
Xatırladaq ki, bundan əvvəl Pentaqon ABŞ-ın hərbi xərclərinin 1,7 trilyon dollar olduğunu bəyan etmişdi.
Krauford araşdırmasında qeyd edib ki, ABŞ-ın həyata keçirdiyi hərbi əməliyyatlar 380 min insanın həyatına son qoyub. Onlardan 244 min nəfəri dinc sakindir. On milyona yaxın insan öz evini tərk etməyə məcbur olub.