Moldova da Rusiya saytlarını bloklayıb 
    
                         
     
                         20.04.2023
 
    
                        Moldovada Rusiya internet saytlarının bloklanması barədə göstəriş verilib.
"DM" xəbər verir ki, bu barədə Moldova İnformasiya və Təhlükəsizlik Xidmətinin bəyanatında qeyd edilib.
"20 aprel tarixli 22 saylı əmrlə fövqəladə vəziyyət şəraitində milli təhlükəsizliyə təsir edən sahədə yalan məlumatlar yayan onlayn məzmunlu mənbələrin siyahısına aşağıdakı portallar əlavə edilib: politnavigator.net, politnavigator.news , news-front.info”, - bəyanatda qeyd edilib.