Bakıda insana məxsus olması ehtimal edilən sümüklər aşkarlanıb 
    
                         
     
                         20.04.2023
 
    
                        					Bakıda insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkarlanıb.
Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, aprelin 19-u saat 11 radələrində Nəsimi rayonu ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkarlanan sümük fraqmentləri ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.