29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan Ramazan bayramı münasibətilə türk xalqını təbrik edib

20.04.2023

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk xalqını müsəlmanların müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.

"DM” xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb.

"Bu il Ramazan ayını 6 fevral zəlzələləri nəticəsində çoxlu sayda həmvətənimizin həlak olmasının acısını yaşayaraq hüznlə qarşıladıq. Bir daha sayları 50 mindən çox olan zəlzələ və daşqın qurbanlarına Allahdan rəhmət, qohumlarına və yaxınlarına isə səbr diləyirəm”, - o deyib.

Türkiyə Prezidenti qeyd edib ki, hökumət müqəddəs Ramazan ayında da zəlzələ qurbanlarına dəstəyini davam etdirib: "Nə seçki kampaniyası, nə hökumət tədbirləri, nə də məişət qayğıları bizə fəlakət zonasının ehtiyaclarını unutdurmayacaq”.

Ərdoğanın sözlərinə görə, Ramazan bayramından sonra təbii fəlakət zonalarında təhsil müəssisələri yenidən açılacaq, vətəndaşların geri qaytarılması prosesi də sürətləndiriləcək.

"Təbii fəlakət zonasında ümumilikdə 650 mindən çox ev tikiləcək ki, bunun da 507 mini şəhərlərdə, 143 mini kəndlərdə olacaq. Bunun 319 mini bu il ərzində tikilib istifadəyə veriləcək”, - Türkiyə Prezidenti sözlərinə əlavə edib.