Türkiyədə  4 yanğınsöndürən həlak olub  
    
                          
     
                         20.04.2023
 
    
                        Türkiyədə qeydə alınan yanğının söndürülməsi zamanı bədbəxt hadisə baş verib.
"DM" "TRT Haber"ə istinadən xəbər verir ki, Mersində mebel fabrikində yanğın baş verib.
Yanğının məhdudlaşdırılması çərçivəsində aparılan soyutma işləri zamanı mebel fabrikinin tavanı çöküb. Nəticədə 4 yanğınsöndürən həlak olub. Onların nəşi dağıntılar altından çıxarılıb