29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KİV: "Ermənistanın fəaliyyəti ilə bağlı hesabatda şişirtmələr var"

20.04.2023

Ermənistan hökumətinin fəaliyyəti ilə bağlı hesabatda şişirtmələr var.

"DM” xəbər verir ki, bu barədə Ermənistanın "Joqovurd” qəzeti yazıb.

Hesabatda bildirilib ki, ötən il Şirak, Lori, Tavuş, Qeqarkunik, Kotayk, Araqatsotn bölgələrində patrul polisi fəaliyyətə başlayıb. Həmçinin Armavir, Ararat, Vayots Dzor və Sünik vilayətlərində patrul polisinin yaradılmasına hazırlıq gedir. Əslində isə patrul xidməti ötən il yalnız Şirak və Lori bölgələrində fəaliyyət göstərib, 2023-cü ilin yanvarında isə Tavuş, Qeqarkunik, Kotayk və Araqatsotn bölgələrində fəaliyyətə başlayıb.

Qəzetin yazdığına görə, digər məsələlərlə bağlı da şişirtmələr var.