29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan: Bizim və azərbaycanlıların ümumi fikri var

20.04.2023

Zəngəzur (Sünik) vilayətinin Dığ (Tex) kəndi yaxınlığında problemli ərazi daha 1,4 km azaldılıb.

"DM" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, dəqiqləşdiriləcək 12 kilometrlik xəttin cəmi 5 kilometrlik hissəsi problemli hesab edilib:

"Deyə bilərəm ki, hazırda zona daha 1,4 km azalıb. Bu o deməkdir ki, sərhədin bu hissəsi dəqiqləşdirilib. Bu hissə ilə bağlı bizim və azərbaycanlıların ümumi fikri var. Bu xəttdən müəyyən məsafədə Ermənistan və Azərbaycan sərhədçiləri yerləşdirilib. Təcrübə göstərir ki, sərhədçilər məsələ ilə məşğul olanda bu, müəyyən nəticələrə gətirib çıxarır. Ümid edirik ki, qalan 3,6 km dəqiqləşdiriləcək və bununla da məsələ bağlanacaq”, - Paşinyan bildirib.