04 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rasim Balayev: Qələbəmiz haqqında, qəhrəmanlarımız haqqında film çəkmək lazımdır

20.04.2023

Böyük qələbə qazanmışıq, xoşbəxt adamam ki, Qarabağın alınmağını mən gördüm.

"DM" xəbər verir ki, bunu Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino forumunda Xalq artisti Rasim Balayev deyib:

O bildirib ki, Qarabağ haqqında, qələbəmiz haqqında film çəkmək lazımdır: "Aqil Abbasın əsəri əsasında "Dolu” filmi çəkilib. Amma bizim çoxlu qəhrəmanlarımız var, hamısı haqqında olmasa da heç olmasa bir qismi barədə film çəkmək, onları göstərmək lazımdır”.

Rasim Balayev onu da qeyd edib ki, xaricə çıxmaq vacibdir: "Bunun üçün də ümumbəşəri filmlər də çəkilməlidir. Belə filmlərlə beynəlxalq arenaya çıxa bilərik”.