06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kəşfiyyat Xidməti : Rusiya yeni qüvvələr qrupu formalaşdırıb

20.04.2023

Ukraynada verdiyi böyük itkilərə görə Rusiya yeni qüvvələr qrupu formalaşdırıb.

"DM" xəbər verir kİ, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.

"Aprelin 18-də Kreml Prezident Putinin Rusiyanın işğal etdiyi Ukraynanın cənubuna səfəri ilə bağlı açıqlama yayaraq bildirib ki, Putin "Dnepr Qüvvələri Qrupu”nu ziyarət edib.

Bu, Dnepr Qüvvələr Qrupunun (DGF) mövcudluğuna dair ilk istinadlardan biridir”, - Kəşfiyyat Xidməti bildirib.

Məlumatda qeyd olunub ki, Rusiya "qüvvələr qrupu” ifadəsini konkret şəkildə istifadə edir ki, bu da böyük və tapşırıq əsasında əməliyyat birləşməsinin təşkil olunduğunu göstərir:

"İşğalın əvvəlində Ukraynadakı Rusiya qüvvələri hər biri Rusiyadakı öz hərbi dairələrinə uyğunlaşdırılmış qüvvələr qrupları, məsələn, Qərb və Mərkəzi Qüvvələr Qrupları formasında təşkil edilmişdi.

Görünən odur ki, yeni Qüvvələr Qrupunun (DGF) təşkili müharibənin əvvəlində Ukraynaya göndərilən qruplarının böyük itkilər verməsi ilə bağlıdır”.

Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti onu da bildirib ki, DGF-nin missiyası, "çox güman ki, işğal edilmiş regionun cənub sektorunu və xüsusilə cənub-qərb cinahını müdafiə edəcək”.