25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Rusiya qoşunları Ermənistanda təlimlər keçirib

20.04.2023

Ermənistandakı Rusiya qoşunlarının "Alagəz” və "Kamxud” poliqonlarında maddi-texniki təminat bölmələrinin təlimləri keçirilib.

"DM"xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, maddi-texniki təminat bölmələrinin hərbçiləri hərbi texnikanın yanacaqla doldurulması tapşırıqlarını müasir tankerlərin köməyi ilə çöl şəraitində yerinə yetiriblər.

Həmçinin, bütün təlim dövründə Cənub Hərbi Dairəsinin hərbi bazasının maddi-texniki təminat bölmələrinin hərbi qulluqçuları yüksək dağlarda şəxsi heyətin ərzaq, geyim və digər yardım növləri ilə təmin edilməsi üçün geniş spektrli xüsusi tapşırıqları yerinə yetiriblər.