28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zakir Həsənov Almatıda Hərbi İnstitutu ziyarət edib

20.04.2023

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Almatı şəhərində yerləşən Quru Qoşunlarının Saqadat Nurmaqambetov adına Hərbi İnstitutunu ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Qazaxıstan Respublikasının ilk müdafiə naziri ordu generalı Saqadat Nurmaqambetovun institutun ərazisindəki heykəli önünə əklil qoyaraq, ehtiram nümayiş etdirilib.

Müdafiə nazirinə Hərbi institutun yaranma tarixi və əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim edilib.

İnstitutla tanışlıqdan sonra xatirə fotosu çəkdirilib.