28 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-da Ramazan bayramı dövlət bayramı elan olundu

20.04.2023


ABŞ-nin Miçiqan ştatının bir bələdiyyəsində müsəlmanlar ilk dəfə Ramazan bayramının ilk gününü dövlət bayramı kimi keçirəcəklər.

Bu barədə Miçiqan ştatının Dirborn şəhərinin meri Abdullah Hammud bildirib:

"Ölkədə ilk dəfədir ki, bir bələdiyyə Ramazan bayramını bayram elan edir və sizin inancınız digərləri kimi rəsmi olaraq tanınır. Düşünürəm ki, bu, çox vacibdir”.

2021-ci ildə seçilən və Dirbornun ilk müsəlman meri olan Livan əsilli Hammud deyib ki, müsəlman icması ilk dəfə özünü doğulub böyüdüyü şəhərin bir hissəsi kimi hiss edəcək.

Bayramın ikinci günündə Dearborn Şurasının himayəsi ilə pulsuz Ramazan bayramı keçiriləcəyi də açıqlanıb.

Qeyd edək ki, Dearborn ABŞ-də ən çox müsəlman əhalisi olan şəhər kimi tanınır və onun 110 minə yaxın əhalisinin təxminən yarısının ərəb mənşəli olduğu məlumdur.

Ölkədə hər il Fitr bayramı getdikcə daha çox qəbul edilərkən, Nyu York və Nyu Cersi kimi müsəlman əhalinin çox olduğu bəzi ştatlarda bayramın ilk günü məktəblər bağlanır.