02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyənin Qara dənizdən hasil etdiyi qaz gecəni aydınladıb - VİDEO

19.04.2023

Türkiyədə Qara dənizdən hasil edilən təbii qazın ilk alovlarının havadan görüntüləri yayımlanıb.

Görüntülər Qara dənizdən hasil edilən təbii qazın quruya çıxarılması üçün fəaliyyət göstərən "Türkiyə Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkətinin sosial media hesabında paylaşılıb.

Videoda quruya çıxarılan qazın gecəni işıqlandırdığı anlar əks olunub.

Bununla bağlı TPAO-nun baş direktoru Melih Han Bilgin sevincini ifadə edib.
"Çox şükür... Bu mübarək Ramazan günündə nə qədər şükür etsək, azdır. Millətimizin duaları ilə başladığımız bu yolda prezidentimizin verdiyi tapşırığı yerinə yetirməyin rahatlığını yaşayırıq. Allaha çox şükür ki, bu günü də gördük. Bütün komanda yoldaşlarımızla birlikdə Qara dənizin dərinliklərində kəşf etdiyimiz qazı quruya çıxardıq”, - deyə Melih Han Bilgin qeyd edib.


Mənbə: Haber Global