02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Eli Kohen Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirib

19.04.2023

İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirib.

"DM" xəbər verir ki, İsrail XİN rəhbəri bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib. O, bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını qeyd edib.

İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə edib, İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb. Qonaq dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirib.