02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zaxarova: Səfirlərlə söhbət sərt tonda keçib

19.04.2023

Ötən gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılan ABŞ, Böyük Britaniya və Kanada səfirləri ilə söhbət sərt tonda keçib.

"DM" xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Dünən onları Xarici İşlər Nazirliyinə çağırıblar, hər şeyi başa salıblar. Söhbət sərt tonda keçib”, - o bildirib.

Qeyd edək ki, səfirlər Rusiya XİN-ə "Vladimir Kara-Murzaya hökm oxunduqdan sonra qəbuledilməz bəyanatlarla” bağlı çağırılıblar. Belə ki, Moskva Şəhər Məhkəməsi Kara-Murzanı dövlətə xəyanətdə və Rusiya ordusunu nüfuzdan salmaqda ittiham edərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 25 il müddətinə məhkum edib. Rusiya isə xarici diplomatların şərhlərini Rusiyanın işlərinə birbaşa müdaxilə kimi qiymətləndirib.