02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ben Uolles: Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək

19.04.2023

Britaniyanın müdafiə naziri Ben Uolles hesab edir ki, Ukraynada hərbi əməliyyatlar gələn il də davam edəcək.

"DM"-nın  xəbərimə görə, bu barədə "The New York Times" qəzeti yazıb və qeyd edib ki, Uolles Vaşinqtonda jurnalistlərə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin planlaşdırılmış əks-hücum əməliyyatına başlayacağına əminliyini ifadə edib. "Mən optimistəm ki, bu il və ya gələn il Ukrayna bu istiqamətdə səylərini davam etdirəcək,” deyə nazir bildirib.

O, qeyd edib ki realist olmaq lazımdır və Rusiya sehrlə dağılmayacaq. Bundan əvvəl "Newsweek” jurnalı Pentaqonun və Amerika kəşfiyyatının internetə sızan məxfi sənədlərinə istinadən məlumat vermişdi ki, ABŞ və müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini aprelin 30-na planlaşdırılan yaz əks-hücumuna fəal şəkildə hazırlayır.