02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kiyev Belarusdakı səfirini geri çağırır

19.04.2023

Belarus Prezidenti Aleksandr Lukaşenkonun qondarma "dxr”in separatçı rəhbəri Denis Puşilini qəbul etməsi səbəbindən Ukrayna Minskdəki səfiri İqor Kizimi məsləhətləşmələr üçün Kiyevə geri çağırıb.

"DM" xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ağır cinayətlər törətdiyi üçün Ukrayna istintaqından gizlənən, beynəlxalq sanksiyalar altında olan Rusiya işğal administrasiyasının nümayəndəsi ilə görüşü Belarusun növbəti açıq-aşkar qeyri-dost hərəkəti hesab edirik”- məlumatda bildirilib.

Qeyd edək ki, qondarma "dxr”in rəhbəri Denis Puşil aprelin 18-də Minskdə Aleksandr Lukaşenko ilə görüşüb.