08 05 2024-cu il Bakı 12 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Putinlə Poroşenkonun mühüm telefon danışığı

14.02.2018

"Dövran Media" Zelv.ru-ya istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynanın rəhbəri Pyotr Poroşenko ilə telefon danışığı aparıb. Ukrainskaya Pravda nəşrinin məlumatına görə söhbət Kiyevin təşəbbüsü ilə keçirilib. Ehtimal olunur ki, söhbətə səbəb ikinci minsk razılaşmasının üçüncü ildönümü ilə bağlıdır. Qəzet yazır ki, tərəflər arasında bir sıra mühüm məsələlər müzakirə olunub. O cümlədən dövlət başçıları norman dördlüyünə daxil olan ölkələrin xarici işlər nazirlərinin gözlənilən görüşü barədə də danışıblar. Xatırladaq ki, XİN başçılarının görüşü fevralın 16-də Almaniyanın Münhen şəhərində keçirilməlidir. Daha sonra Poroşenkonun mətbuat xidməti tərəfindən danışığın aparılması təsdiqlənib – deyə qəzet xəbər verir.