İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda bütün layihələr plan üzrə gedir  
    
                          
     
                         18.04.2023
 
    
                        Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində Qarabağda və Şərqi Zəngəzurda gedən işlərə də toxunub.
"DM" xəbər verir ki, dövlət başçısı Qarabağda və Şərqi Zəngəzurda gedən işlərə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verildiyini də bildirib.
Prezident İlham Əliyev deyib: "İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir”.