Polşa Rusiya ilə sərhədə elektron hasar çəkir  
    
                          
     
                         18.04.2023
 
    
                        Polşa Rusiya ilə sərhəddə elektron hasarın tikintisinə başlayıb.
"DM" xəbər verir ki, bu barədə Polşa daxili işlər naziri Mariuş Kaminski məlumat verib.
Onun sözlərinə görə, sərhəddə çoxlu kameralar və hərəkət sensorları yerləşdiriləcək. Onlar Kalininqrad vilayəti ilə sərhəddə baş verən hər şeyi izləyə biləcəklər:
"Mən əminəm ki, bu, AB-nin ən yaxşı qorunan sərhədi olacaq”.