03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Eli Kohen: “Təl-Əviv - Bakı əməkdaşlığının böyük potensialı var”

18.04.2023

Bakıya yola düşməzdən əvvəl aeroportda jurnalistlərin suallarına cavab verən İsrailin xarici işlər naziri Eli Kohen Təl-Əviv - Bakı münasibətlərinə dair açıqlama verib.

İsrailli diplomat bəyan edib ki, Azərbaycanın coğrafi baxımdan İranla sərhəddə yerləşməsi Təl-Əvivlə Bakı arasında əlaqələri çox mühüm edir və bu münasibətlər üçün böyük potensial yaradır.

Kohen əlavə edib ki, Azərbaycana səfəri zamanı o, iki ölkə arasında iqtisadiyyat, ticarət, müdafiə, enerji və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsini davam etdirmək niyyətindədir.
Xatırladaq ki, İsrail Xarici İşlər Nazirliyinin rəhbəri aprelin 18-də Bakıya üç günlük səfərə gəlir.

Mənbə: Timesofisrael.com