05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rəsmi Pekin İsrail və Fələstini “barışdırmaq” istədiyini bəyan edib

18.04.2023

"Çin İsrail və Fələstin arasında sülh danışıqlarının bərpasında vasitəçilik etmək arzusunda olduğunu bəyan edib”.

Bu barədə Çinin xarici işlər naziri Sin Qanq bildirib.

Onun israilli və fələstinli həmkarları Eli Koen və Riyad Al Maliki ilə telefon danışığı apardığı qeyd edilir. Bundan sonra o bildirib ki, sülh danışıqlarını bərpa etmək və əvvəllər əldə edilmiş razılaşmaları həyata keçirmək lazımdır.
"Çinin İsrail-Fələstin məsələsində hər hansı eqoist maraqlara sahib deyil. Çin yalnız ümid edir ki, İsrail və Fələstin dinc yanaşı yaşaya, regional sülh və sabitliyi qoruya biləcəklər”, - deyə Sin Qanq qeyd edib.

Mənbə: RBC-Ukrayna