İlham Əliyev və Mehriban Əliyeva Neftçala rayonuna səfər ediblər  
    
                          
     
                         18.04.2023
 
    
                        					Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva aprelin 18-də Neftçala rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident Neftçala şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Prezident İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.