03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rövşən Rzayev: “Şuşalıların 95 faizi doğma şəhərlərinə qayıdacaqlar”

17.04.2023

"Şuşadan olan keçmiş məcburi köçkünlərin 95 faizi bərpadan sonra doğma şəhərlərinə qayıdacaqlar. Onlar bununla bağlı öz mövqelərini bildiriblər və qayıdışa hazır olduqlarını söyləyiblər”.

"DM" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Şamaxıda "İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərin inkişafı və buraya köçəcək insanların təhlükəsizliyi ən vacib məsələlərdəndir.
R.Rzayev bildirib ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı üçün bütün zəruri işlər görülür.

"Hazırda bizim ən böyük problemimiz minalardır. İnanırıq ki, tez bir zamanda bunun da öhdəsindən birlikdə gələ biləcəyik”, - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.