03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya səfiri Britaniya XİN-ə çağırılıb

17.04.2023

Rusiyalı müxalifətçi Vladimir Kara-Murzanın 25 il azadlıqdan məhrum edilməsi ilə bağlı məhkəmə qərarına görə Rusiya səfiri Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb.

"DM" xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Böyük Britaniya bu gün Moskva məhkəməsində Britaniya vətəndaşı Vladimir Kara-Murzanın siyasi motivli mühakiməsini və həbsini pisləyir. Vladimir Kara-Murza Rusiyada müxalif siyasətçi, jurnalist və insan haqları müdafiəçisidir və Vatslav Havel İnsan Haqları Mükafatı qazanıb, onun fəaliyyəti geniş tanınıb. Cənab Kara-Murzanın məhkum edilməsi Rusiyanın insan hüquqları, o cümlədən ədalətli mühakimə hüququ ilə bağlı beynəlxalq öhdəliklərinə zidd hesab olunur", Böyük Britaniya XİN bildirib.

"Vladimir Kara-Murza Rusiyanın Ukraynaya təcavüzünü cəsarətlə pisləyib - bu, beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Rusiyanın əsas insan haqlarını, o cümlədən ifadə azadlığını qorumaq öhdəliyinin olmaması narahatedicidir. Biz Rusiyanı beynəlxalq öhdəliklərinə, o cümlədən Vladimir Kara-Murzanın lazımi tibbi xidmət hüququnun təminatına riayət etməyə çağırırıq. Böyük Britaniya Kara-Murzanı dəstəkləməyə və onun dərhal azad edilməsinə çağırışına davam edəcək", - Böyük Britaniya XİN başçısı Ceyms Kleverli deyib.