29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentin Səfərbərlik Xidmətinə təyin etdiyi rəis kimdir?

17.04.2023

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edilən Mürsəl Qorxmaz oğlu İbrahimov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olub.

Bu barədə açıq internet resurslarında məlumat yer alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
Dövlət başçısının digər sərəncamı ilə Arzu Rəhimovun yerinə Mürsəl İbrahimov təyinat alıb.

Mürsəl İbrahimov haqqında geniş məlumat yoxdur. Bilinən budur ki, o, 2015-ci ilin 27 martında Prezidentin Sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiyinə görə "Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.