28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qazaxda TIR-ın hava yastığı partlayıb, usta ölüb

17.04.2023

Qazax rayonunda TIR-ı təmir edən usta faciəvi şəkildə ölüb.

Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib: 

"Qazax Rayon Polis Şöbəsinə Bakı-Qırmızı Körpü avtomagistralının Qazax rayon Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 1 nəfərin bədbəxt hadisə nəticəsində ölməsi barədə məlumat daxil olub. Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub, "Mercedes Benz Actros” markalı yük avtomobilinin hava yastığını təmir edən Ağstafa rayon sakini, 1981-ci il təvəllüdlü Rasim İsmayılov hava yastığının partlaması nəticəsində təkərlə yük yerinin arasında qalması nəticəsində ölüb”.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.