Yaponiya BMT TŞ fövqəladə iclasının keçirilməsi üçün müraciət edib  
    
                          
     
                         14.04.2023
 
    
                        Yaponiya Şimali Koreyanın raket buraxması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının (TŞ) fövqəladə iclasının keçirilməsi üçün müraciət edib.
"DM" xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda iclas razılaşdırılır və bu barədə danışıqlar aparılır.
Xatırladaq ki, dünən Şimali Koreya lideri Kim Çen Inın rəhbərliyi ilə, ilk dəfə olaraq, bərk yanacaqla çalışan "Hvason-18” (Hwaseong-18) qitələrarası ballistik raketi buraxılıb.