ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Ermənistanda səfərdədir 
    
                          
     
                         14.04.2023
 
    
                        ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz Danışıqları üzrə baş məsləhətçisi Luis Bono Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
"DM" xəbər verir ki, görüş ABŞ diplomatının İrəvana səfəri çərçivəsində baş tutub.
Görüşdə regionda son vəziyyət, Azərbaycan və Ermənistan sərhəddində baş vermiş son toqquşma barədə müzakirə aparılıb.