02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xameneinin bacısı qızı molla rejiminin qondarma məhkəməsindən imtina edib

14.04.2023

İranın ali dini rəhbəri Əli Xameneinin bacısı qızı və hüquq müdafiəçisi Fəridə Muradxani molla rejiminin qondarma məhkəməsindən imtina edib.

Bu barədə "Azad İran” "Telegram” kanalı hüquq müdafiəçisinin qardaşına istinadla xəbər verib.

Onun sözlərinə görə, bacısı 20 gün əvvəl atasıgildən öz evinə gedərkən heç bir hüquqi göstəriş olmadan hökumət məmurları tərəfindən həbs edilib.

"Onun evində olan şəxsi sənədləri və mobil telefonu da götürülüb. 20 gündür, bacımdan heç bir xəbər yoxdur. Hazırda Evin həbsxanasının 209 saylı təcridxanasında saxlanılır. Anamla bir neçə saniyə telefonla danışıb. Səsindən yorğun olduğu hiss olunurdu, bundan artıq danışmağa icazə vermirlər, nəzarət altında olduğu üçün demək istədiyi sözü deyə bilmir”.
Hüquq müdafiəçisinin qardaşı bildirib ki, F.Muradxani ETTELAAT tərəfindən qəfil həbs edilib və hazırda araşdırmalar getdiyi üçün vəkil tuta bilmir.

"Bu, rejimin siyasi məhbuslara qarşı həyata keçirdiyi metoddur və hazırda ölkədə hədsiz sayda siyasi məhbus var”, - deyə o vurğulayıb.