17 09 2025-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

XİN başçısı: Çin Ukraynadakı münaqişə tərəflərinə silah satmayacaq

14.04.2023

Çinin xarici işlər naziri Qin Ganq bildirib ki, onun ölkəsi Ukraynadakı münaqişədə iştirak edən tərəflərə silah satmayacaq və ikili təyinatlı - mülki və hərbi, malların ixracını tənzimləyəcək.

"DM" "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Çinin XİN başçısı almaniyalı həmkarı Annalena Berbokla Pekində keçirdiyi birgə mətbuat konfransında deyib.

ABŞ və digər ölkələrin Çinin Rusiyaya hərbi yardım göstərməyi nəzərdən keçirməsi ilə bağlı narahatlıqlarının olması barədə sualı cavablandıran çinli nazir ölkəsinin münaqişənin sülh yolu ilə həlli üçün danışıqların asanlaşdırılmasına kömək etməyə hazır olduğunu vurğulayıb və bütün tərəfləri "obyektiv və sakit" qalmağa çağırıb.

"Hərbi məhsulların ixracına gəlincə, Çin bu məsələdə ehtiyatlı və məsuliyyətli münasibət sərgiləyir. Çin münaqişənin müvafiq tərəflərinə silah verməyəcək, ikili təyinatlı malların ixracını qanun və qaydalara uyğun olaraq idarə edəcək və nəzarət edəcək", - Çin XİN rəhbəri əlavə edib.