02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dövlət Komitəsi: Yaxın vaxtlarda Məşədi Dadaş məscidinə din xadimi təyinatı olacaq

14.04.2023

Yaxın vaxtlarda Məşədi Dadaş məscidinə din xadimi təyinatı olacaq.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

"Təyinat üçün adətən vəfat edən şəxsin 40 məclisinin olmağı gözlənilir. Artıq 40 mərasimi olub. Məsələ yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda məscidə din xadimi təyinatı olacaq” – deyə o qeyd edib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.