02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda istilik mövsümünün müddəti dəyişə bilər

14.04.2023

Azərbaycanda istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparılır.

"DM” xəbər verir ki, bu barədə istilik mövsümünün bitməsinə həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, "Azəristiliktəchizat” ASC, Energetika Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə istilik mövsümünün müddətlərinə baxılmasına dair müzakirələr aparmaqdadır və təbii olaraq nəticələrinə dair ictimaiyyətə əlavə məlumat veriləcək. Mövcud qaydalara əsasən, noyabr ayının 15-dən aprelin 15-ə qədər davam edən mövsüm xarici havanın temperaturuna əsasən tənzimlənir.

İham Mirzəliyev onu da qeyd edib ki, istilik mövsümünün vaxtının dəyişdirilməsi yüngül proses deyil və əlavə enerji resursları, işçi heyyəti və maliyyə vəsaitləri tələb edir.

"Hazırda bu məsələ müzakirələr mərhələsindədir və ilk növbədə bu məsələ çərçivəsində mexanizm müəyyən edilməlidir. Söhbət elə bir mexanizmdən gedir ki, mövsümün başlanması və bitməsi hansısa bir tarixlərə yox, havanın temperaturunda asılı olaraq müəyyə edilsin. İşlək, optimal və çevik mexanizm görmək istəyirik", - deyə İlham Mirzəliyev vurğulayıb.