08 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Obamaya göndərilən ZƏRFİN SİRRİ

14.02.2018

Dövran Media Ria.novostiyə istinadən xəbər verir ki, ABŞ-ın kecmiş prezidenti Barak Obamaya
naməlum şəxslər tərəfindən göndərilən zərfdəki toz maddəsi adi uşaq pudrası imiş.
 FOX5 telekanalı bunu istintaqın ilkin açiqlamasına əsasən məlumat verib. Xəbər verildiyi kimi, zərf eks- prezidentin Vaşinqtondakı ofisində aşkar edilib. Hadisə yerinə polis və yanğınsöndürmə xidmətinin, eləcə də FTB və ABŞ-ın Məxfi xidmətinin əməkdaşları yollanıb. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Telekanal qeyd edir ki, məktub Honkonqdan göndərilmiş və geri ünvanı yoxdur. Obama Vəhşi təbiətin ümumdünya fondunun binasında ofis icarəyə götürüb və məktub da ağ maddə ilə həmin ünvana gəlib. KİV-in məlumatına görə daha öncə indiki prezidentin oğlunun arvadı Vanessa Tramp da "ağ toz olan zərf”in açılmasindan sonra ehtiyat tədbiri kimi xəstəxanaya yerləşdirilib. Xəbər verildiyi kimi, məktub kiçik Donald Trampa ünvanlanıbmış. Nyu-York polisi zərfdəki maddənin hec bir təhlükəsi olmadığını da bildirib. Daha sonra Scotland Yard, Böyük Britaniya parlamentinin yerləşdiyi sarayın ofislərinin birinə də ağ toz ilə məktub göndərildiyini söyləyib.