29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

3 saylı uşaq evində yoxlama aparılıb

13.04.2023

Sosial şəbəkə və kütləvi informasiya vasitələrində Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən 3 saylı Uşaq Evinin fəaliyyəti ilə bağlı yayılmış video məlumata əsasən "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 6.4-cü bəndinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemlər Dövlət Komitəsi aidiyyəti dövlət orqanlarını təmsil edən ekspertlər qrupu ilə birgə 12 aprel 2023-cü il tarixində qeyd olunan müəssisədə növbədənkənar monitorinq keçirib.

Bu barədə Komitədən məlumat verilib.

Monitorinq zamanı müəssisədə uşaq hüquqlarının təmin edilməsi vəziyyəti araşdırılmış, ümumi qiymətləndirmə aparılıb, müşahidə edilən məqamlar ekspertlər qrupunun rəyi əsasında aktlaşdırılıb. Məlumat aidiyyəti quruma təqdim ediləcək.

Qeyd edək ki, monitorinq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın tapşırığına müvafiq olaraq təşkil edilib. Müəssisənin direktoru Məhbubə Hüseynova bu gün tutduğu vəzifədən azad edilib.