29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sarayevoda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

13.04.2023

Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilib.

"DM" xəbər verir ki, Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri xanım Jelka Tsviyanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi.

Hərbi orkestrin ifasında Azərbaycanın və Bosniya və Herseqovinanın Dövlət himnləri səsləndi.

Dövlət başçısı İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Bosniya və Herseqovinanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviçə təqdim edildi.