29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

1700-ə yaxın bağçanın monitorinqi aparılıb, ciddi problemlər aşkarlanıb

13.04.2023

Elm və Təhsil Nazirliyinin tabeliyindəki 1700-ə yaxın bağçanın monitorinqi aparılıb.

"DM" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri üçün keçirilən seminarda deyib.

O bildirib ki, monitorinq zamanı infrastrukturla bağlı ciddi problemlər aşkarlanıb:

"Bəzi bağçaların əsaslı təmirə ehtiyacı var. Bir çox bölgələrdə bağça ehtiyacları da var. Bu ehtiyacları müəyyənləşdirib müvafiq işlər aparmağı düşünürük. Həmçinin araşdırmalarımız göstərdi ki, bir çox tərbiyəçinin ciddi təlimlərə ehtiyacı var, tədrislə bağlı resurs qıtlığı müşahidə edilir. Bu nəticələrlə bağlı Nazirlikdə həm qısamüddətli, həm də uzunmüddətli həllər işlənib hazırlanıb".