19 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nikol Paşinyan: “Ermənistan Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”

13.04.2023

"Ermənistan Soçi və Praqada əldə olunmuş razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”.

"DM” "Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasından əvvəl bildirib.

O iddia edib ki, bütün çətinliklərə baxmayaraq rəsmi İrəvan regional məsələlərin, Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqdir.

N.Paşinyan Ermənistanın əvvəllər elan olunmuş prinsiplər əsasında regional nəqliyyat və iqtisadi marşrutları açmağa hazır olduğunu vurğulayıb.