Şamaxıda “Hummer” yanıb  
    
                          
     
                         13.04.2023
 
    
                        Şamaxıda avtomobil yanıb.
"Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Acıdərə adlanan ərazisində baş verib.  
Yanğın 1982-ci il təvəllüdlü Rzayev Elçin Həsənbala oğluna məxsus "Hummer” markalı avtomobildə olub.
Yanğın yerinə yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.
Avtomobilin yanar konstruksiyaları tamamilə sıradan çıxıb. 
Hadisə zamanı xəsarət alan olmayıb.