03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qarabağ mahnısı oxuduğu üçün ermənilər onu ÖLÜMCÜL DÖYDÜ

13.11.2018

Ukraynanın Zaporoje vilayətinin Melitopol şəhərində kafelərdən birində bir qrup erməni Azərbaycan vətəndaşı, əslən Kəlbəcər rayonundan olan, 1963-cü il təvəllüdlü Qurbanov Tariyel Malik oğlunu ölümcül döyüb.
"Dövran Media" "Report”a istinadən xəbər veririr ki, hadisə kafedə Ukraynaya yol tikintisində işləməyə gələn ermənilər tərəfindən azərbaycanlı müştəriyə qarşı milli zəmində və Qarabağla bağlı mübahisə nəticəsində baş verib.
Azərbaycanlı müştəri kafedə astadan Qarabağ ilə bağlı mahnını zümzümə etməsi qonşu masada əyləşən, içkili ermənilərin xoşuna gəlməyib. Ermənilər təhqiramiz formada azərbaycanlıya susmağı əmr ediblər. Onlara əhəmiyyət verməyən T.Qurbanov davam edib və nəticədə ermənilərin hücumuna məruz qalıb. Qeyri-bərabər əlbəyaxa davada ermənilər azərbaycanlını ölümcül döyüblər. Onun vəziyyəti hazırda ağırdır, Zaporojedə xəstəxanaların birinə yerləşdirilib. Ermənilər hadisə yerindən qaçıblar, onları polis axtarır. Hadisəni törədənlərin hamısı Ermənistan vətəndaşıdır.