04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zelenskiyə Dudayev ordeni təqdim olunub

13.04.2023

Ukrayna Prezidenti Volodimir Zelenskiyə "İçkeriya Çeçenistan Respublikasının” nümayəndələri tərəfindən Cövhər Dudayev adına orden təqdim edilib.

Bu barədə Ukrayna lideri ofisinin saytında dərc olunub.

"Ukrayna dövlətinin başçısı bütün dünyada azadlıq və demokratiya naminə fəaliyyətinə, çeçen xalqına şəxsi xidmətlərinə, eləcə də fədakar hərəkətlərinə görə təltif edilib”, – Zelenskinin mətbuat xidmətinin bəyanatında deyilir.

Ötən il noyabrın 27-də Əhməd Zakayevin imzaladığı sənəddə deyilir ki, Zelenski "Rusiyanın simasında əzəli düşmənin gözlənilən təhlükəsi qarşısında Ukrayna xalqını toparlaya bilib”.
Mükafatı Zelenskiyə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov təqdim edib.

Qeyd edək ki, ötən il Ukrayna Ali Radası səs çoxluğu ilə "İçkeriya Çeçenistan Respublikası”nın müstəqilliyini tanıyıb.

Tanınmamış respublika 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra yaradılıb.